
15:17
Azərbaycan Premyer Liqasının XV turunda “Neftçi” ilə oyun “Qarabağ”ın hücumçusu Mahir Emreli üçün əlamətdar olub.
Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, forvard buna matçda fərqlənməklə nail olub.
Azərbaycan millisinin üzvü “ağ-qaralar”a qarşı Azərbaycan derbilərində 9-cu qolunu vurub. O, bu göstəricidə Reynaldo Silvaya çatıb. Braziliyalı hücumçu 9 qolun 2-ni ölkə kubokunda "Neftçi"yə vurub. Mahir isə bütün qolları ölkə çempionatında vurmaqla mütləq rekordçudur.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.