13:22 15-02-2021
news_image
427
FUTBOL

Durumuna aydınlıq gəldi - Mbappenin

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappenin durumuna böyük ölçüdə aydınlıq gəlib.

Apasport.az saytının İspaniyanın “Sport” nəşrinə istinadən məlumatına görə, 22 yaşlı forvard yeni müqavilə məsələsində klubla ortaq məxrəcə gəlib.

Parislilər İspaniyanın “Real” klubunun maraq dairəsində olan superulduzla bağlı dedi-qodulara son qoymaq üçün ona yeni saziş təklif edib və ilkin razılıq alınıb. PSJ bununla Mbappenin gələn il azad agent kimi komandanı tərk etməsinin də qarşısını almış olacaq.

Hazırkı müqaviləsi 2022-ci ilin yayına qədər olan Mbappe bu müddəti 1 illik uzadacaq.