14:35 15-02-2021
news_image
545
FUTBOL

Məşqçilərlə bağlı xəbərdarlıq – çılğın sevindiyi üçün

İngiltərənin “Vulverhempton” klubunun məşqçilər korpusunun qol sevincini əvvəlki kimi qeyd etməməyinin səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, buna səbəb Premyer Liqa rəhbərliyinin kluba ciddi xəbərdarlıq etməsidir.

Baş məşqçi Nunu Eşpiritu Santunun korpusunda çalışdırıcıların sayı çoxdur. Portuqaliyalı və köməkçiləri hər qoldan sonra qucaqlaşaraq sevincini çılğınlıqla bölüşürdü.

Bu isə antikoronovirus qaydalarını pozur. Bunu nəzərə alan qurum klubu ağır sanksiyalarla hədələyib. Məhz bundan sonra “Vulverhempton”un texniki zonası komandanın qollarını daha sakit qeyd edir.