14:39 15-02-2021
news_image
826
FUTBOL

Topu təqdim olundu – Çempionlar Liqasının finalının

Çempionlar Liqasının cari mövsümünün final matçında oynanılacaq top ictimaiyyətə təqdim olunub.

Apasport.az saytının məlumatına görə, UEFA İstanbulda keçiriləcək həlledici qarşılaşmanın topunu nümayiş etirib.

Qitə futbol qurumunun “Adidas” şirkəti ilə birgə hazırladığı yeni top “starball” dizayndadır. Bu, Çempionlar Liqasının 20 illiyinə həsr olunmuş xüsusi dizayn sayılır. Topun üzərində turnirin 20 illik bütün dizaynları, final matçlarının keçirildiyi şəhərlər və tarixlər əks olunub. 

Qeyd edək ki, Çempionlar Liqasında final görüşü mayın 29-da baş tutacaq.