15:52 15-02-2021
news_image
475
FUTBOL

Baş məşqçisini qovmayacaq – “Tottenhem”

İngiltərənin “Tottenhem” klubu baş məşqçisi Joze Mourinyo ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi uğursuz çıxışa baxmayaraq, portuqaliyalı mütəxəssisə güvənir.

Rəhbərlik nə indi, nə də mövsümün sonunda Mourinyonu istefaya göndərmək fikrində deyil. Üstəlik, onun paytaxt təmsilçisi ilə müqaviləsində ayrılma şərtlərini nəzərdə tutan heç bir ləğv müddəası yoxdur.

Qeyd edək ki, son beş oyunun dördündə məğlub olan “Tottenhem” 36 xalla Premyer Liqada 9-cu pillədə qərarlaşır.