16:15 15-02-2021
news_image
449
DİGƏR NÖVLƏR

Yeni memorandum – AMADA-dan

Bu gün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və "Azərbaycan İdman Könüllüləri" (AİK) İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 

AMADA-nın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qurumun direktoru Şəfəq Hüseynli və AİK İB-nin idarə heyətinin sədri Miraqil Seyidzadənin imzaladığı əməkdaşlıq memorandumu AMADA və AİK arasında əməkdaşlıq münasibətlərinin qurulmasını nəzərdə tutur. 

Sənəd ölkəmizdə keçirilən beynəlxalq və yerli səviyyəli idman tədbirlərində könüllülərin dopinq nəzarəti prosesinə cəlb edilməsi və Azərbaycan gəncləri arasında könüllülük hərəkatının inkişafının dəstəklənməsi üçün əməkdaşlığı ehtiva edir.

Mərasimdə çıxış edən Hüseynli bildirib ki, könüllülərin idman tədbirlərində dopinq nəzarətinin həyata keçirilməsinə cəlb edilməsi ilə bərabər sağlam həyatın, təmiz idmanın təbliği, o cümlədən antidopinq maarifləndirməsi baxımından da böyük imkanları var. AMADA AİK-lə əməkdaşlıq edərək bu potensialdan səmərəli istifadə etmək niyyətindədir. Bu, həm də könüllülərin antidopinq sahəsində biliklərini artırması və gələcəkdə bu sahədə fəaliyyət göstərməsi üçün yeni imkanlar açacaq. 

Seyidzadə isə qeyd edib ki, dopinq nəzarəti idmanın ən vacib sahələrindən biridir və AİK İB bu sahədə görülən işlərə töhfə vermək üçün AMADA ilə sıx əməkdaşlıq edəcək. O deyib ki, könüllülərin bu sahədəki təbirlərə cəlb edilməsi, biliklər qazanması və təcrübə toplaması onların gələcək karyerası baxımından da əhəmiyyətlidir.