17:27 15-02-2021
news_image
761
FUTBOL

AFFA-ya məsləhət – Naci Şensoydan

“Milliləşmə məsələsinə həssas yanaşmaq lazımdır”.

Bunu apasport.az saytına açıqlamasında türkiyəli mütəxəssis Naci Şensoy əcnəbi futbolçuların yığma komandalar üçün milliləşdirilməsinə münasibət bildirərkən deyib.

Son vaxtlar AFFA-nın ölkə xaricindən bir neçə oyunçunu milliləşdirməyə çalışması barədə fikir bildirən “Turan”ın sabiq baş məşqçisi bunun əleyhinə deyil.

Ancaq 63 yaşlı çalışdırıcı yalnız komandanı gücləndirəcək səviyyədə futbolçuların milliləşdirilməsinin vacibliyini vurğulayıb: “Əgər Azərbaycan futbolunun inkişafından söhbət gedirsə və bu yolda yerli oyunçuların səviyyəsi ürəkaçan deyilsə, Fransa, İngiltərə və ya Türkiyənin tətbiq etdiyi modeldən istifadə etmək lazımdır. Ancaq bir şərtlə ki, milliləşən futbolçu azərbaycanlıdan ən azı 30-40 faiz üstün olmalıdır. Belədə gəlmələrlə yerlilər arasında rəqabət də formalaşar. Rəqabət isə keyfiyyət artımına yol açır”.

Qeyd edək ki, Naci Şensoy hazırda Kosovonun “Liria” klubunu çalışdırır.