17:59 15-02-2021
news_image
140
FUTBOL

Premyer Liqa klubu müqaviləni uzadır – Söyüncü ilə

Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü İngiltərənin “Lester” klubu ilə müqaviləni uzatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi digər klubların maraq dairəsində olan 25 yaşlı mərkəz müdafiəçisini saxlamaq üçün ona yeni anlaşma təklif edəcək.

Çağların “tülkülər”lə indiki müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Klub rəhbərliyi Söyüncü ilə yaxın günlərdə danışıqlara başlamağı planlaşdırıb.

Qeyd edək ki, müdafiəçi cari mövsüm 15 oyun keçirib.