22:17 15-02-2021
news_image
131
FUTBOL

Baş məşqçi postuna iki namizəd - “Borussiya”da

Mönhenqldbaxın “Borussiya” klubu yeni baş məşqçi axtarışlarına başlayıb.

Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisi növbəti mövsümdə yeni çalışdırıcıya güvənmək niyyətindədir.

Bundesliqa klubunun namizədlər siyahısında iki mütəxəssis yer alıb. Bunlar PSV sabiq baş məşqçisi Mark van Bommel və “Ayaks”ın çalışdırıcısı Erik Ten Haqdır.

Qeyd edək ki, “Borussiya”nın baş məşqçisi Marko Roze mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. 44 yaşlı mütəxəssis növbəti mövsümdən Dortmund “Borussiya”sına rəhbərlik edəcək.