21:35 15-02-2021
news_image
183
FUTBOL

Millini çalışdıracaq – “Bavariya”nın sabiq futbolçusu

Gürcüstan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, qonşu ölkə təmsilçisini Fransa millisi və Almaniya “Bavariya”sının sabiq futbolçusu Villi Sanyol çalışdıracaq.

Gürcüstan Futbol Federasiyasının İcraiyyə Komitəsi bugünkü iclasında onun təyinatını təsdiqləyib. Yığma Sanyolun rəhbərliyi altında ilk matça martın 25-də İsveçlə oyunda çıxacaq.

Qeyd edək ki, Sanyol 2000-08-ci illərdə Fransa yığmasında oynayıb.