22:54 15-02-2021
news_image
124
FUTBOL

Karvaxal sıradan çıxdı – iki aylıq

İspaniyanın “Real” klubunun futbolçusu Daniel Karvaxalın durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, zədələnən müdafiəçi iki aya yaxın meydanlardan kənar qalacaq.

Bu, Karvaxalın müayinəsindən sonra bəlli olub. “Valensiya” ilə qarşılaşmanın (2:0) 26-cı dəqiqəsində zədə səbəbindən əvəzlənən futbolçu ən yaxşı halda milli komandaların aprelin əvvəlində məşqlərə qatılacaq.

Qeyd edək ki, “Valensiya” ilə görüşdən öncə Karvaxal təxminən ayarım şans qazanmayıb.