23:23 15-02-2021
news_image
164
FUTBOL

8,5 milyon avroluq futbolçu - "Qalatasaray" üçün

Türkiyənin “Qalatasaray” klubu yeni mövsümün transfer çalışmalarına start verib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Meksikanın “Leon” klubunun futbolçusu Yayro Morenonu heyətinə qatmaq niyyətindədir.

25 yaşlı kolumbiyalı müdafiəçi “Qalatasaray”ın ulduzu Radamel Falkaonun yaxın dostlarından biridir. Onların münasibətlərinin yaxşı olması müdafiəçinin seçimində həll edici rol oynaya bilər.

Çünki türkiyəlilərlə yanaşı, Portuqaliyanın “Porto” klubu da Morenonun xidmətində maraqlıdır.  Avropada oynamaqda istəkli olan müdafiəçi üçün 8,5 milyon avro ödənməlidir.

Qeyd edək ki, Moreno Kolumbiya millisində 5 oyun keçirib.