09:26 16-02-2021
news_image
328
FUTBOL

“Bavariya”ya üç qol vurdu – üçüncü oldu

Almaniyanın “Bavariya” klubunun qələbə seriyası qırılıb.

Apasport.az saytının məlumatına görə, bunadək Bundesliqada ardıcıl 7 qələbə qazanan Münhen təmsilçisi “Arminiya” ilə heç-heçə oynayıb.

Görüş 3:3 hesabı ilə başa çatıb. Bilefeld təmsilçisi Bundesliqa tarixinə “Bavariya” ilə səfər matçında üç və ya daha çox top vuran 3-cü debütant kimi düşüb.

Əvvəlki belə hadisələr 2018-ci ilə təsadüf edib. Həmin vaxt “Ştutqart” və Düsseldorf “Fortuna”sı “Alyans Arena”da minimum üç qol vurub.