09:49 16-02-2021
news_image
1210
FUTBOL

8 milyonluq yeni “oyuncağı” - Ronaldonun

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo növbəti dəfə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, dəbdəbəli həyat tərzi ilə seçilən Portuqaliya millisinin forvardı avtomobil kolleksiyasına daha birini əlavə edib.

36 yaşlı superulduz “Bugatti Centodieci” üçün 8 milyon avro xərc çəkib. Avtomobil hələ tam hazır deyil. Ronaldo yeni “oyuncağına” gələn il qovuşa biləcək.