10:26 16-02-2021
news_image
576
DİGƏR NÖVLƏR

“Bakıya gələrdim ki, əcdadlarımın yaşadığı yerləri görüm” – Dmitri Əliyev

“Fiqurlu konkisürmə üzrə master-klass keçmək üçün Bakıya dəvət alsam, şübhəsiz ki, razılaşaram. Əgər hər şey vaxtına görə uyğun olsa və imkan yaransa, məmnuniyyətlə Bakıya gedərəm, təcrübəmi hamı ilə bölüşərəm”.

Apasport.az saytının məlumatına görə, bunu rusiyalı fiqurlu konkisürən Dmitri Əliyev deyib.

Avropa çempionu “moscow-baku.ru” saytına müsahibəsində Azərbaycana gəlmək istəyini açıqlayıb: “Mən öz qrupumuzda da kiçik idmançılara kömək edir, hərəkətləri daha yaxşı yerinə yetirməklə bağlı məsləhətlər verirəm. Təcrübəmi bölüşmək və başqaların kömək etməkdən xoşum gəlir. Bakıya məmnuniyyətlə turist kimi gələrdim ki, şəhəri gəzim, tarixi ilə tanış olum, əcdadlarımın yaşadığı yerləri görüm. Bunlar mənim üçün çox maraqlıdır. Amma indiki formatda bu yay yəqin Bakıya səfər edə bilməyəcəyəm. Ola bilər ki, idmançı karyeramı bitirəndən sonra Bakıya əsaslı turist proqramı ilə yollanım. Lakin kim deyə bilər, bəlkə də gələcəkdə Azərbaycanda fiqurlu konkisürmə üzrə beynəlxalq turnirlər keçiriləcək. Onda mənim Azərbaycana getmək imkanım daha tez yaranacaq. Bu, mənə maraqlıdır”.