11:16 16-02-2021
news_image
285
FUTBOL

Qərarını bu gün açıqlayacaq - Alaba

Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alaba komandasını dəyişəcəyini qətiləşdirib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu İspaniya təmsilçisi “Real”la ilkin razılığa gəlib.

“Bild” nəşri 29 yaşlı oyunçunun “Bavariya”dan ayrılacağını bu gün elan edəcəyini yayıb. Avstriya millisinin üzvünün “Real”la 4 illik müqavilə imzalaması gözlənilir. Münhenlilərlə müqavilə müddəti iyunun 30-na qədər olduğundan, sol cinah müdafiəçisi yeni komandasına azad agent kimi keçəcək.

Qeyd edək ki, 2009-cu ildən “Bavariya”nın şərəfini qoruyan David Alaba cari mövsüm 29 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.