11:36 16-02-2021
news_image
289
FUTBOL

Rekord təkrarlandı – məhsuldarlıqda

Almaniya Bundesliqasının rekordu təkrarlanıb.

Apasport.az saytının məlumatına görə, buna “Bavariya” nail olub.

Münhen təmsilçisi çempionatın 21 oyununda 61 qol vurub. Bu, yarışın tarixində rekordun təkrarıdır.

“Bavariya”dan əvvəl buna yalnız “Hamburq nail olub. Belə göstərici 30 il əvvəl - 1981/82 mövsümündə qeydə alınıb.