13:55 16-02-2021
news_image
340
FUTBOL

“Fənərbaxça”dan gedəcək 4 futbolçu – Ozan Tufan...

Türkiyənin “Fənərbaxça” klubu mövsümün sonunda heyətində təmizləmə işləri aparacaq.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi yayda yollarını ayıracağı 4 futbolçunu artıq müəyyənləşdirib.

Rəhbərlik qapıçı Harun Təkinlə yeni müqavilə imzalamağı planlaşdırmır. Ötən yay heyətə cəlb edilən yarımmüdafiəçi Mərt Hakan Yandaş və hücumçu Sinan Gümüş də ümidləri doğrultmayıb. Baş məşqçi Erol Bulut onlardan oyunçu dəyişikliyi üçün istifadə etməyin əleyhinə deyil.

“Fənərbaxça”dan ayrılması gözlənilən digər futbolçu Ozan Tufandır. “Sarı-lacivərdlilər” Avropa klublarının diqqət mərkəzində olan yarımmüdafiəçinin satışından yüksək gəlir götürmək və bunu yeni transferlərə xərcləmək fikrindədir.