14:23 16-02-2021
news_image
587
FUTBOL

Cəzası açıqlandı - Kamran Ağayevin

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XV turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.

“Sumqayıt”la oyunun 90+5-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan “Səbail”in qapıçısı Kamran Ağayev 2 oyunluq cəzalanıb, klubu 1600 manat cərimələnib. Qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılan bakılıların oyunçusu Peyman Keşavarzi isə qarşıdakı bir turu buraxacaq, eyni zamanda klubu 200 manat cərimə ödəyəcək. Bundan başqa, “Səbail” 5 futbolçusu sarı vərəqə aldığı üçün də 800 manat cərimələnib.

“Keşlə” ilə görüşdə “Qəbələ”nin, “Zirə” ilə qarşılaşmada isə “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki komanda 800 manat ziyana düşüb.