14:42 16-02-2021
news_image
368
FUTBOL

Hakimləri isti su ilə təmin etməyən kluba cəza - AFFA-dan

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında I divizionun XII tur matçlarında baş vermiş neqativ hallar müzakirə olunub.

Apasport.az saytının məlumatına görə, komitə bu dəfə də aşağı dəstə təmsilçilərinə qeyri-adi cəzalar tətbiq edib.

“Sumqayıt-2” ilə oyunda AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (nəzarət buraxılışa diqqət etmək) yerinə yetirməyən “Qaradağ Lökbatan” 80 manat cərimələnib.

“Qaradağ Lökbatan” – “Sumqayıt-2” qarşılaşmasında hakimlər isti su ilə təmin olunmadığı, “Zaqatala” – “Kəpəz” görüşündə isə meydança vaxtında sulanmadığı üçün ev sahibləri 80 manat cərimə ödəməli olacaq.

“Qaradağ Lökbatan”a verilən digər cəza da diqqətçəkəndir. Oyunda xərəkdaşıyan şəxslərin say limiti və topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün lökbatanlılar daha 80 manat cərimələnib.