16:09 16-02-2021
news_image
319
FUTBOL

Daha 3 yoluxma – Türkiyə klubunda

Türkiyənin “Trabzonspor” klubu növbəti koronavirus testinin cavablarını açıqlayıb.

Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisi rəsmi saytı vasitəsilə növbəti yoluxmaların aşkarlandığını bəyan edib.

“Bordo-mavililər”də iki futbolçu və əsas komandanın bir işçisinin testinin pozitiv çıxdığı müəyyənləşib. Adları açıqlanmayan həmin şəxslər dərhal karantinə alınıb. Hər üçünün müalicəsinə start verilib.

Qeyd edək ki, “Trabzonspor” iki gün əvvəl bir futbolçusunun koronavirusa yoluxduğunu açıqlayıb.