16:14 16-02-2021
news_image
344
FUTBOL

Yeni müqavilə - “Mançester Yunayted”də

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Meyson Qrinvud uzun müddət komandada qalacaq.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı hücumameyilli oyunçu “qırmızı şeytanlar”la yeni müqavilə imzalayıb.

İngiltərə millisinin üzvü 2023-cü ilin yayına qədər olan müqavilə müddətini daha 2 illik uzadıb. Bu isə o deməkdir ki, bir neçə klubun diqqət mərkəzində olan Qrinvud 2025-ci ilin yayına qədər Premyer Liqa təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Meyson Qrinvud 2018-ci ildən əsas komandada çıxış edir.