16:37 16-02-2021
news_image
3182
FUTBOL

Bu dəfə “Neftçi”nin qapısını döyəcək - “Hatayspor”

“Neftçi”nin futbolçusu Namiq Ələsgərovun cari mövsümdəki parlaq çıxışı xarici skautların diqqətini cəlb edib.

Apasport.az saytının eksklüziv məlumatına görə, 10 qolla Premyer Liqada bombardirliyə iddia edən yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirə bilər.

Super Liqa təmsilçisi “Hatayspor” Azərbaycan millisinin üzvünə maraq göstərir. Ötən ilin yayında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova təklif göndərən Hatay klubunun Azərbaycan futboluna diqqəti davam edir.

Rəhbərlik indi də 26 yaşlı Ələsgərovu heyətinə cəlb etməyi planlaşdırır. Super Liqanın debütantı mövsümün sonunda bununla bağlı “Neftçi” ilə danışıq aparmaq fikrindədir. Futbolçunun müqavilə müddəti 2022-ci ilin yayına qədər olduğundan, flaqmanın bu transferdən gəlir əldə etmək şansı yaranıb.

Qeyd edək ki, “Hatayspor” Türkiyə çempionatında 25 turdan sonra 39 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.