17:49 16-02-2021
news_image
116
FUTBOL

“Bavariya”dan ayrılacağını açıqladı - Alaba

Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alabanın mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidmətinə 29 yaşlı futbolçu özü açıqlayıb.

O bildirib ki, karyerasında yeni mərhələyə başlamaq üçün münhenlilərlə vidalaşmaq qərarına gəlib: “Bu asan qərar deyildi. 13 ilimi burada keçirdim və “Bavariya” ürəyimə çox yaxındır”.

Qeyd edək ki, Alabanın mövsümün sonunda İspaniya klubu “Real”la 4 illik müqavilə imzalaması gözlənilir.