23:03 16-02-2021
news_image
117
FUTBOL

172 milyonluq itki – “Tottenhem”də maliyyə böhranı

İngiltərənin “Tottenhem” klubu maliyyə böhranı ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi vəziyyətdən çıxış yolları axtarır.

Koronavirus pandemiyası ilə əlaqədar azarkeşlərin tribunalara buraxılması ilə bağlı qadağa mövsümün sonuna qədər davam etsə, Premyer Liqa klubunun 2020/21 mövsümü üçün ümumi maliyyə itkisi 172 milyon avro olacaq. Rəhbərlik durumu balanslaşdırmaqdan ötrü yayda bir neçə aparıcı oyunçusunu satmalı olacaq. Onlar arasında Dele Alli və Uqo Lyorisin də olması gözlənilir.

Klub səhmlərinin satılmasının qarşısını almaq üçün “Tottenhem”in Çempionlar Liqasına vəsiqə qazanması da şərtdir.