00:13 17-02-2021
news_image
71
FUTBOL

Azar məşqə başladı – 4 kq arıqladı

İspaniyanın “Real” klubunun hücumçusu Eden Azar zədəsini sağaldıb.

Apasport.az saytının məlumatına görə, belçikalı ulduz futbolçu artıq məşqlərə başlayıb.

Lakin 30 yaşlı forvard hələlik fərdi məşqlərlə kifayətlənir. Baş məşqçi Zinəddin Zidan onun gələn həftə komandaya dönəcəyinə ümid edir. Çəkisini 4 kq azaldan Azarın gələn həftəsonu baş məşqçinin sərəncamında olması gözlənilir.

Qeyd edək ki, Eden Azar “Real”a keçdiyi 2019-cu ildən bəri tez-tez zədələndiyi üçün komandaya gözlənilən köməyi edə bilmir.