00:00 17-02-2021
news_image
98
FUTBOL

“Mançester Yunayted” və “Bavariya” rəqib oldu – ingilis oyunçu uğrunda

İngiltərənin “Norviç” klubunun müdafiəçisi Maks Aarons komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı oyunçu artıq iki Avropa nəhənginin maraq dairəsindədir.

Konkret olaraq “Mançester Yunayted” və “Bavariya” sağ cinah müdafiəçisini transfer etmək fikrindədir. Çempionşip təmsilçisi İngiltərənin gənclər millisinin üzvünün satışından təxminən 30-35 milyon funt-sterlinq qazanc əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Maks Aarons bu mövsüm Çempionşipdə 29 oyun keçirib.