01:53 18-02-2021
news_image
282
FUTBOL

"Yuventus” səfərdə, "Sevilya" evdə uduzdu - YENİLƏNİB

Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində daha iki görüş keçirilib.

“Yuventus”un qolçusu Kriştianu Ronaldo vətəni Portuqaliyaya qonaq olub. Hər iki hissəyə qolla başlayan “Porto” İtaliya təmsilçisi üzərində qələbə qazanıb. Qonaqlar qollardan yalnız birinin əvəzini çıxa bilib.

Günün digər matçı da Pireney yarımadasında keçirilib. “Sevilya” öz meydanında Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. İspaniya klubu erkən qolla hesabı açsa da, almaniyalılar əzmkar səfər qələbəsinə sevinib.

Qeyd edək ki, ilk oyunlara fevralın 23-24-də keçiriləcək matçlarla yekun vurulacaq.

Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

17 fevral 
00:00. “Porto” (Portuqaliya) - “Yuventus” (İtaliya) - 2:1
Taremi, 2, Mareqa, 46 - Kyeza, 83
00:00. “Sevilya” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 2:3
Suso, 7, de Yonq, 84 - Daud, 19, Haaland, 27, 43