09:35 17-02-2021
news_image
236
FUTBOL

Çempionlar Liqası tarixinə düşdü – Klopp

Çempionlar Liqasının 1/8 final mərhələsində “Leypsiq”lə oyun “Liverpul”un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, səfər qələbəsi almaniyalı mütəxəssisi tarixə salıb.

“Qırmızılar” 2017-ci ilin sentyabrından bəri Kloppun rəhbərliyi altında bu turnirdəki 18 oyunda qapısının toxunulmazlığını qoruya bilib. İndiyə qədər heç bir klub belə zaman kəsiyində bu göstəriciyə imza atmağı bacarmayıb.

Qeyd edək ki, Macarıstandakı qarşılaşmada 2:0 hesablı qələbə qazanan “Liverpul” “Leypsiq”i martın 10-da doğma arenasında qəbul edəcək.