09:41 17-02-2021
news_image
422
TOKİO-2020

Olimpiya məşəlindən imtina edir – Yaponiya prefekturası

Yaponiyanın prefekturalarından biri Olimpiya məşəlinin estafetindən imtina edəcək.

Apasport.az saytının məlumatına görə, ölkənin qərbində yerləşən Simane prefekturasının qubernatoru Tasuya Maruyama belə addım atmaq niyyətində olduqlarını açıqlayıb.

Buna səbəb koronavirus pandemiyasıdır. O bildirib ki, Yaponiya hökuməti və Tokio rəhbərliyinin koronavirusun yayılması üçün gördüyü tədbirlər yetərincə olmamağı belə addım atmağa əsas verir.

Qeyd edək ki, Olimpiya məşəlinin estafeti martın 25-də Fukuima prefekturasında start götürəcək. Məşəl 121 gün ərzində ölkənin bütün 47 prefekturasını səyahət etməlidir.