09:54 17-02-2021
news_image
260
FUTBOL

“Atalanta” və “Napoli”nin hədəfində - sol cinah müdafiəçisi

İtaliyanın “Speziya” klubunun futbolçusu Simone Bastoni karyerasını A seriyasının digər komandasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, sol cinah müdafiəçisi “Napoli” və “Atalanta”nın maraq dairəsindədir.

Hər iki klub 24 yaşlı italiyalını yay fasiləsində heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Bastoninin müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.