
00:52
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk günü klubların UEFA reytinqində dəyişikliklər olub.
Apasport.az saytının məlumatına görə, səfərdə “Leypsiq”ə qalib gələn “Liverpul” Avropanın 8-cisi adına şərik çıxıb.
Yurgen Kloppun yetirmələri xal hesabını 97,000-yə çatdırıb. Mersisaydlılar “Sevilya” və “Mançester Yunayted”ə şərik olub.
Qeyd edək ki, Azərbaycanın siyahıdakı ən yaxşı təmsilçisi “Qarabağ”dır. Aktivində 21,000 xal olan ağdamlılar LASK, “Feyenord” və “Styaua” ilə 67-ci şərikdir.
1. “Bavariya” – 127,000
2. “Barselona” – 121,000
3. “Yuventus” – 118,000
4. “Real” – 117,000
5. “Atletiko” – 115,000
6. “Mançester Siti” – 110,000
7. PSJ – 108,000
8-10. “Liverpul” – 97,000
“Mançester Yunayted” – 97,000
“Sevilya” – 97,000