10:11 17-02-2021
news_image
389
FUTBOL

“Keşlə”də az şans verilməsinin səbəblərini başa düşmədim” - Alvaro Tavareş

“Yenidən “Lvov”da oynayacağımı öyrəndikdə çox sevindim. Həqiqətən də, ayrılmağa ehtiyacım olmadığı bir komandaya qayıtmaq xoşdur”.

Apasport.az saytının məlumatına görə, bunu qış fasiləsində “Keşlə”nin icarə müqaviləsinə xitam verərək “Lvov”a qaytardığı Alvaro Tavareş deyib.

Ukrayna klubunun rəsmi saytına müsahibə verən braziliyalı hücumçu qısa müddət formasını geyindiyi “Keşlə”də istədiyi qədər şans qazanmadığını söyləyib: “Azərbaycanda, “Keşlə” də mənə kifayət qədər oyun şansı verilmədi. Yaxşı məşq keçirdim və əldə etdiyim az sayda fürsət zamanı komandaya kömək edə bildim. Rəsmi görüşlərdə bir neçə dəqiqə keçirməyimin səbəblərini başa düşmədim. Buna görə müqavilənin erkən ləğv edilməsini xahiş etdim və Lvova qayıtdım”.

Qeyd edək ki, Alvaro Tavareş “Keşlə”nin heyətində 6 oyun keçirib, cəmi 134 dəqiqə meydanda qalıb.