13:32 17-02-2021
news_image
289
FUTBOL

89,5 milyon avroluq təklif – “Yuventus”dan

İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi Xın Min Son karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Cənubi Koreya millisinin üzvü “Yuventus”un maraq dairəsinə düşüb.

Turin təmsilçisi 28 yaşlı hücumameyilli oyunçunun keçidi üçün londonlularla danışığa başlayıb. “Qoca sinyora” bu transfer müqabilində yayda 89,5 milyon avro xərc çəkməyə hazırdır. Futbolçunun “Tottenhem”lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Xın Min Son cari mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 17 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.