14:29 17-02-2021
news_image
306
FUTBOL

“Mançester Yunayted”in ehtiyat variantı – Andre Silva

Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Andre Silva karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, hücumçu “Mançester Yunayted”in transfer siyahısına düşüb.

25 yaşlı portuqaliyalı mançesterlilər üçün ehtiyat variant hesab olunur. Dortmund “Borussiya”sının futbolçusu Erlinq Halandın keçidi baş tutmasa, Premyer Liqa təmsilçisi Andrenin transferinə köklənəcək.

Qeyd edək ki, cari mövsümün 22 oyununda 19 qol vuran forvard İspaniya “Atletiko”sunun da maraq dairəsindədir.