15:03 17-02-2021
news_image
383
FUTBOL

Bakıya yeni futbolçu ilə gələcək – Serbiya millisi

DÇ-2022-nin seçmə mərhələsində Serbiya millisi Azərbaycanla oyuna yeni futbolçu dəvət edəcək.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İspaniyanın “Sportinq Xixon” klubunun hücumçusu Uroş Curceviç ilk dəfə yığmaya çağırılacaq.

27 yaşlı forvardın La Liqa-2-dəki uğurlu çıxışı Serbiya Futbol Assosiasiyasının diqqətini cəlb edib. Hazırda millidə baş məşqçi postu boş olduğundan, assosiasiyanın skautları Curceviç barədə müsbət raport təqdim ediblər. Yeni çalışdırıcı təyinatından sonra da bu, baş məşqçiyə bildiriləcək.

Curceviç cari mövsüm vurduğu 16 qolla La Liqa-2-nin bombardirlər yarışına başçılıq edir. O, böyük ehtimalla DÇ-2022-nin seçmə qrup mərhələsində İrlandiya, Portuqaliya və Azərbaycanla oyunlarda iştirak ərizəsinə salınacaq.

Qeyd edək ki, serblər millimizlə martın 30-da Bakıda üz-üzə gələcək.