15:25 17-02-2021
news_image
268
FUTBOL

“Barselona”nın sabiq futbolçusu öldü – ikiqat İspaniya çempionu

İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Mati Verxes vəfat edib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi 87 yaşında dünyasını dəyişib.

Karyerası ərzində yalnız “Barselona”da oynamış futbolçunun ölümünün səbəbi açıqlanmır. 1955-66-cı illərdə bu klubda çıxış edən Verxes 285 matç keçirib.

Qeyd edək ki, yarımmüdafiəçi iki dəfə ölkə çempionu (1958/59, 1959/60), iki dəfə ölkə kubokunun qalibi (1956/57, 1959/59, 1962/63), üç dəfə əvvəllər Yarmarkalar kuboku adlanan Avropa Liqasının qalibi (1955/58, 1958/60, 1965/1966) adına yiyələnib.