
13:05
İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Leonardo Bonuççinin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu məşqdə yenidən zədələndiyi üçün Çempionlar Liqasının 1/8 final mərhələsində “Porto” ilə ilk oyunu buraxacaq.
34 yaşlı mərkəz müdafiəçisi Portuqaliyaya aparılsa da, iştirak ərizəsindən çıxarılıb. Tibbi müayinə zamanı onun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Bonuççi ilə yanaşı, “qoca sinyora” Xuan Kuadrado, Artur Melo və Paulo Dibalanın da xidmətindən məhrumdur.
Qeyd edək ki, bu gün keçiriləcək “Porto” – “Yuventus” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.