17:09 17-02-2021
news_image
3271
FUTBOL

Niyə “Qarabağ”ı tərk etmədi? – Mahir Emreli

“Qarabağ”ın hücumçusu Mahir Emrelinin Polşa klubu “Rakuv”a keçidinin baş tutmama səbəbi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, buna səbəb Azərbaycan çempionunun bu keçid müqabilindəki tələbi olub.

Ağdam təmsilçisi milli komandanın üzvü üçün Ekstraklasa klubundan 350 min avro istəyib. 24 yaşlı oyunçunun müqavilə müddəti yaya qədər olduğundan, çenstoxovalılar bu məbləğin yüksək olduğu qənaətinə gəliblər.

“Rakuv” hücum xəttinə artıq bir oyunçu cəlb edib. “Lexiya”dan Yakub Arakla anlaşan polşalılar bununla kifayətlənmək fikrində deyillər. Ölkədə “transfer pəncərəsi” martın 1-nə qədər olduğundan, klub rəhbərliyi həmin vaxta qədər daha bir hücumçu almağa çalışacaq.

“Rakuv” Mahir Emrelini mövsümün sonunda azad agent kimi heyətinə cəlb etmək arzusundadır.