17:22 17-02-2021
news_image
347
FUTBOL

Argentinalı məşqçiyə tapşırıldı – “Marsel”

Fransanın “Marsel” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisini Xorxe Sampaoli çalışdıracaq.

60 yaşlı mütəxəssisin yeni klubunda debütü bu həftə keçiriləcək “Nant”la görüşə təsadüf edəcək. O, Andre Villaş-Boaşın istefasından sonra boş qalan posta yiyələnib.

Son klubu İspaniya təmsilçisi “Atletiko Mineyro” olan argentinalı mütəxəssis karyerası ərzində İspaniyada “Sevilya”, Braziliyada “Santos”, Ekvadorda “Emelek”, həmçinin Argentina və Çili yığmalarına rəhbərlik edib.

Qeyd edək ki, “Marsel” 34 xalla Liqa1-in turnir cədvəlində 9-cu yerdə qərarlaşıb.