22:10 17-02-2021
news_image
154
FUTBOL

İki texniki məğlubiyyət gözləyir – “Latsio”nu

İtaliya A seriyasının iki oyununun nəticəsi ləğv edilə bilər.

Apasport.az saytının məlumatına görə, “Torino” və “Yuventus”la görüşlərdə “Latsio”ya texniki məğlubiyyətin veriləcəyi gözlənilir.

Buna səbəb Roma təmsilçisinin koronavirus qaydalarını pozmasıdır. Ötən ilin payızında başlayan araşdırmalar göstərib ki, paytaxt klubu müsbət testlər barədə zəruri məlumatları təşkilatçılara çatdırmayıb. Bu üzdən də “Latsio”nu ağır sanksiyalar, hətta mövsümün ilk yarısındakı görüşlərdə texniki məğlubiyyətin verilməsi gözləyir.

Qeyd edək ki, 22 oyunda 40 xal toplayan romalılar turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.