00:27 18-02-2021
news_image
121
FUTBOL

120 milyonluq futbolçu üçün 70 milyon - PSJ

İspaniyanın “Atletiko” klubunun futbolçusu Markos Lorente komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi Fransa PSJ-sinin maraq dairəsindədir.

Futbolçunun müqaviləsində onun klubu tərk etməsi üçün 120 milyon avronun ödənilməli olması göstərilib. Bu məbləğ Paris təmsilçisini qane etmir.

Liqa1 klubu yalnız 70 milyon verməyə hazırdır. Fransalılar danışıqlar zamanı istəyinə nail olacağına ümidlidir.