
01:14
İtaliyanın “Milan” klubunun sabiq futbolçusu Luka Antonelli özünə yeni komanda tapıb.
Apasport.az saytının məlumatına görə, müdafiəçi karyerasını MLS-də davam etdirəcək.
O, ABŞ təmsilçisi “Mayami”yə keçib. Lukanın son klubu “Empoli” olub.
Qeyd edək ki, Antonelli ötən ilin oktyabrında İtaliya təmsilçisindən ayrılıb.