02:23 18-02-2021
news_image
163
FUTBOL

Koke 2-ci oldu – klub tarixində

İspaniya La Liqasının II turundan təxirə salınan “Levante” ilə qarşılaşma “Atletiko”nun futbolçusu Koke üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Madrid klubunun heyətində 484-cü matçını keçirib.

O, bu göstəricidə paytaxt təmsilçisinin tarixində 2-ci futbolçu olub. Koke yalnız Abelardo Rodrigesdən geri qalır. Rekordçunun aktivində 553 matç var.

Qeyd edək ki, Valensiyadakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.