09:00 18-02-2021
news_image
293
FUTBOL

Həftənin ən yaxşısı adına 4 namizəd – Çempionlar Liqasında

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA 1/8 final mərhələsində baş tutan ilk 4 görüşə əsasən 4 namizəd seçib.

Bunlar Kilian Mbappe (PSJ), Məhəmməd Salah (“Liverpul”), Erlinq Haland (“Borussiya”, Dortmund) və Serxio Oliveyradır (“Porto).

Ən yaxşı futbolçu azarkeşlər arasında aparılan səsvermənin nəticəsinə əsasən müəyyənləşəcək.