09:46 18-02-2021
news_image
375
FUTBOL

“Tottenhem” onu satacaq – 170 milyon verən olsa

İngiltərənin “Tottenhem” klubu hücumçusu Harri Keyni satmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, buna səbəb londonluların ciddi maliyyə problemi yaşamasıdır.

Paytaxt təmsilçisi 27 yaşlı forvardın transfer qiymətini də artıq müəyyənləşdirib. Əgər mövsümün sonunda 170 milyon avronu ödəyən klub olsa, Keyn satılacaq. Hazırda İngiltərə millisinin üzvü “Mançester Siti” və “Mançester Yunayted”in maraq dairəsindədir.

Qeyd edək ki, Harri Keyn cari mövsüm 32 oyunda 21 qol vurub, 14 məhsuldar ötürmə verib.