09:59 18-02-2021
news_image
415
FUTBOL

Yeni rekord - Halanddan

Çempionlar Liqasının 1/8 final mərhələsində “Sevilya” ilə səfər oyunu Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, gənc forvard komandasının 3:2 hesabı ilə qalib gəldiyi görüşdə dubl etməklə yeni rekord müəyyənləşdirib.

Çempionlar Liqasında 10 qol həddinə çatmaq üçün 20 yaşlı oyunçuya cəmi 7 oyun kifayət edib ki, bu da ən yaxşı göstəricidir. Norveçlidən əvvəlki rekord 2003-2004-cü illərdə “Bavariya”nın sabiq forvardı Roy Makaya məxsus idi. Niderlandlı 10 matçda 10 qola imza atmışdı.

Qeyd edək ki, Erlinq Haland bu mövsüm bütün turnirlərdə keçirdiyi 25 oyunda 27 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.