11:49 18-02-2021
news_image
316
FUTBOL

Mbappenin qiymətini müəyyənləşdirdi - PSJ

PSJ hücumçusu Kilian Mbappe barədə yekun qərarını verməyib.

Apasport.az saytının məlumatına görə, Fransa klubu aparıcı futbolçusunu mövsümün sonunda satacağını istisna etmir.

Bir tərəfdən 22 yaşlı forvarda yeni müqavilə təklif edən parislilər digər tərəfdən onu sərfəli qiymətə yola salmağın əleyhinə deyil. “Real”ın transfer gündəmində olan forvardın keçidi yalnız 200 milyon avroya baş tuta bilər.  PSJ həmin məbləğlə “Barselona”nın kapitanı Lionel Messinin maaşını qarşılamağı planlaşdırır.

Qeyd edək ki, Kilian Mbappe PSJ-yə 2017-ci ildə “Monako”dan keçib.