12:08 18-02-2021
news_image
303
FUTBOL

“Milan” müdafiəçi alır – 20 milyonluq

İtaliyanın “Milan” klubu heyətinə yeni futbolçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi sol cinah müdafiəçisi mövqeyini gücləndirmək istəyir.

Milanlılar “Xetafe”nin futbolçusu Matias Oliveranın transferində maraqlıdır. Oyunçunun müqaviləsində onun sərbəst qalma məbləği kimi 20 milyon avro qeyd edilib. “Milan” bu keçidi yay transfer dövründə reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Olivera İspaniyada “Atletiko”nun da maraq dairəsindədir.