12:37 18-02-2021
news_image
406
FUTBOL

İki oyun təxirə salındı - Azərbaycan çempionatında

Azərbaycan çempionatının I divizionunda iki oyun təxirə salınıb.

Apasport.az Peşəkar Futbol Liqasının saytına istinadən məlumatına görə, XIII turunun qarşılaşmalarının təxirə salınmasına güclü qar səbəb olub.

Fevralın 17-də start götürən, lakin yarımçıq dayandırılmış “Turan Tovuz” – “Sumqayıt-2” görüşü görülən bütün tədbirlərə baxmayaraq, davam etdirilməyəcək. Buna səbəb yağıntının davam etməsidir.

Həmçinin bu gün keçirilməli olan “Kəpəz” – “Qaradağ Lökbatan” qarşılaşması da analoji hava şəraiti ilə əlaqədar təxirə salınıb. Görüşlərin vaxtı barədə Peşəkar Futbol Liqası qərar verəcək.

Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt-2" oyunu dayandırıldığı vaxtdan (51:19) keçiriləcək.